Azərbaycan Niderlanda neft ixracını iki dəfə artırıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Niderlanda 182,9
milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 360,7
min ton həcmində xam neft və neft məhsulları ixrac olunub.

Trend bu haqda
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici
dəyər ifadəsində 76,1 milyon dollar və ya 1,7 dəfə, həcm baxımından
isə 191,7 min ton və ya 2,1 dəfə çoxdur.




2024-cü ilin ilk 11 ayı ərzində Azərbaycandan Niderlanda 106,8
milyon ABŞ dolları dəyərində 169 min ton neft və neft məhsulları
ixrac olunub.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında
Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən
xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon
ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz
azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz
artım qeydə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir