Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və UNESCO arasında əməkdaşlıq müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

Paris şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi
Rövşən Muradov ilə UNESCO-nun Baş direktoru Xalid Əl-Anani arasında
görüş keçirilib.

Trend xəbər verir ki, bu
barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məlumat yayıb.




Görüş zamanı tərəflər Mərkəz ilə UNESCO arasında əməkdaşlıq
imkanları barədə fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı qlobal çağırışlar fonunda çoxtərəfli
əməkdaşlığın gücləndirilməsi və sülh mədəniyyətinin təşviqi
məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, gənclər proqramları çərçivəsində mümkün
əməkdaşlıq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin
UNESCO-nun fəaliyyətində daha aktiv iştirakı, UNESCO-nun
missiyasının qlobal səviyyədə təbliği məsələləri və o cümlədən,
UNESCO-nun Baş direktoru cənab Əl-Ananinin 2026-cı ilin mart
ayında, Bakıda keçiriləcək 13-cü Qlobal Bakı Forumunda iştirakı
müzakirə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir