Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə Mərkəzi Nəbatat bağında uşaqlar üçün bayram şənliyi təşkil
olunub.

Trend xəbər verir ki, tədbir
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə internat
evlərində yaşayan azyaşlılar üçün keçirilib. Bayram proqramı
çərçivəsində balacalar üçün əyləncəli tədbirlər, oyunlar və
musiqili proqramlar təqdim edilib. Uşaqlara müxtəlif hədiyyələr
paylanıb.

Sonra Leyla Əliyeva uşaqlarla birlikdə IDEA İctimai Birliyinin
“Şəhər ekologiyası” (“Urban Ecology”) layihəsi çərçivəsində Mərkəzi
Nəbatat bağının ərazisinə Bakı Zooloji Parkında çoxaldılmış 10
sincab buraxıb. “Şəhər ekologiyası” layihəsi şəhər mühitinə xas
olan və keçmişdə geniş yayılmış fauna növlərinin qorunmasına və
qaytarılmasına yönəlib. Sincabların məhz bu əraziyə buraxılmasında
digər məqsəd onların Nəbatat bağı ərazisində təbii şəkildə
çoxalmasıdır.

Keçmişdə Bakı şəhəri ərazisində çoxsaylı sincab və digər heyvan
növləri məskunlaşıb, onlar parklarda, yaşıllıqlar mövcud olan digər
ərazilərdə insanlar arasında sərbəst dolaşıb. Lakin ötən əsrin
sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin
sayı kəskin azalıb. Son illər ölkədə aparılan geniş yaşıllaşdırma
və abadlaşdırma işləri, xüsusən də IDEA İctimai Birliyinin səyləri
sayəsində Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması və
saysız-hesabsız yeni ağacların əkilməsi nəticəsində şəhərdə bir çox
fauna növlərinin qaytarılması üçün münbit şərait yaradılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir