AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür

Baş səhifə

Bakı.Trend:

Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirən
AZAL-a məxsus təyyarənin qəzaya uğramasından bir il ötür.

Trend xəbər verir ki, 25
dekabr 2024-cü il tarixində dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə
qeydiyyata alınmış və “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL)
məxsus “Embraer 190-100 IGW” tipli sərnişin hava gəmisi Azərbaycan
Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı
şəhərinə müntəzəm J2-8243 reysini yerinə yetirərkən Qazaxıstan
Respublikasının ərazisində, Aktau hava limanı yaxınlığında qəzaya
uğramışdır. Qəza nəticəsində ekipajın iki üzvü (kapitan və ikinci
pilot), baş bələdçi və 35 sərnişin həlak olmuşdur.

Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş ilkin
hesabatda aşağıdakı faktlar təsdiqlənir:

1. Dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış və
“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190-100
IGW” tipli sərnişin təyyarəsi Azərbaycan Respublikasının Bakı
şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə müntəzəm J2-8243
reysini yerinə yetirərkən uçuşun başlanğıcından Qroznıya qədər
marşrut hissəsində tam uçuşa yararlı vəziyyətdə olmuşdur. Hava
gəmisinin uçuşa yararlılığına dair bu məlumatlar, o cümlədən
idarəetmə sistemlərinin işi FDR məlumatları ilə
təsdiqlənmişdir;

2. Qəza anınadək təyyarənin hər iki mühərriki texniki problem
olmadan işləyib. Bu məlumat da FDR məlumatları ilə təsdiqlənir;

3. Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava
limanı üzərində uçuş zamanı təyyarə GPS siqnallarını
itirmişdir;

4. Qroznı üzərində əlverişsiz hava şəraiti səbəbindən təyyarə
ikinci dəfə eniş edə bilməmiş, bundan sonra kapitan Bakıya qayıtmaq
barədə qərar qəbul etmişdir. Bu qərarın qəbulundan sonra Qroznı
üzərində CVR-də 24 saniyə fasilə ilə iki xarici səs qeydə
alınmışdır;

5. CVR və FDR məlumatlarının müqayisəsi göstərmişdir ki, birinci
xarici səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra
1-ci hidravlik sistem, 21 saniyə sonra isə 2-ci hidravlik sistem
sıradan çıxmışdır;

6. Foto və video qeydlərlə təsdiqlənmiş, füzelyajda çoxsaylı
zədələnmələr aşkar edilmişdir. Bu zədələnmələr füzelyajın arxa
hissəsində, əsasən şaquli və üfüqi stabilizatorlarda, eləcə də sol
qanadda və sol mühərrikdə müşahidə olunmuşdur;

7. Təqdim edilən məlumata görə, hava gəmisinin füzelyajında
aşkar edilmiş zədələnmələr xarici obyektlərin təsiri nəticəsində
yaranmışdır. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasını
göstərən hər hansı fakt barədə məlumat yoxdur;

8. Füzelyajın zədələnmələrində aşkar edilmiş, hava gəmisinə aid
olmayan yad obyektlər çıxarılmış, onların fotoşəkilləri ilkin
hesabatın mətnində ictimaiyyətə təqdim edilmişdir. Aşkar edilmiş
yad obyektlərin mənsubiyyətinin dəqiq müəyyənləşdirilməsi üçün
gələcəkdə əlavə ekspertizaların aparılması planlaşdırılır;

9. Saat 05:13:32-də hava gəmisində əsas idarəetmə sistemləri
sıradan çıxmış, saat 05:21:42-də qarşılıqlı əlaqə üzrə dispetçer
Qroznıya “Kover” əməliyyatının aparılması barədə məlumat
vermişdir;




10. Oksigen balonunun partlaması faktını əks etdirən heç bir
məlumat göstərilməmişdir.

ICAO-nun Çikaqo Konvensiyasının tələblərinə uyğun olaraq, ilkin
hesabatdan sonra hadisə tarixindən etibarən bir il ərzində qəzanın
səbəbləri barədə yekun hesabat hazırlanmalıdır.

Həmçinin qeyd edək ki, 29 dekabr 2024-cü il tarixində Prezident
İlham Əliyev aviasiya qəzasında həlak olmuş ekipaj üzvləri –
Kşnyakin İqor İvanoviçə, Kalyaninov Aleksandr Georgiyeviçə, Əliyeva
Okümə Cəlil qızına Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus
“Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması zamanı xidməti
vəzifələrin icrası və sərnişinlərin həyatının xilas edilməsi zamanı
göstərdikləri yüksək peşəkarlıq, cəsarət və fədakarlığa görə
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi barədə
sərəncam imzalamışdır.

“Azərbaycan Hava Yolları” QSC-yə məxsus Bakı-Qroznı reysini
yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında
qəzaya uğramasından bir il ötür.

Trend xəbər
verir ki, 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları
aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190-100 IGW” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km
yaxınlığında qəza enişi edib. Xəzər dənizi üzərində “SOS” siqnalı
verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən
təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb.

Qəzaya uğrayan təyyarə 2013-cü ildə Braziliyanın “Embraer”
şirkəti tərəfindən istehsal edilib və həmin ildə AZAL tərəfindən
alınıb.

Hava gəmisi Azərbaycan vaxtı ilə saat 7:56-da (UTC+03:56)
Bakıdan havaya qalxıb. Qroznı hava limanında pis hava şəraitinə
görə təyyarə əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönləndirilib.
Ekipaj 8:35-də (UTC+03:00) qəza siqnalı verib və idarəetmə
sistemində nasazlıq olduğunu bildirib. Daha sonra saat 8:49-da
pilotlar Aktauda təcili eniş tələb ediblər və təyyarəni “birbaşa
rejimdə” idarə etməyə çalışıblar. Lakin saat 10:28-də təyyarə yerə
çırpılıb.

“Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla,
ümumilikdə 67 nəfər olub. Baş verən təyyarə qəzası nəticəsində 38
nəfər həlak olub, 29 nəfər isə yaralanıb. Həyatını itirənlərdən üçü
ekipaj üzvü olub.

Faktla bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işləri
başlanıb. Hadisə ilə əlaqədar dekabrın 26-da Azərbaycanda, 28-də
isə Çeçenistanda matəm elan edilib.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar
Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi
Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş
vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin
təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən təyyarənin ekipaj üzvlərinə – İqor İvanoviç
Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı
Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı
verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir