Almaniyada mənzil qiymətləri artıb

Baş səhifə

Bakı. Trend:

Almaniyada evlərin və mənzillərin qiymətləri bu ilin üçüncü
rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artıb.

Trend xəbər verir ki, Federal
Statistika İdarəsinin məlumatına görə, bu, qiymətlərin ardıcıl
dördüncü rübdə artdığını göstərir.




Üçüncü rübdə qiymətlər ikinci rüblə müqayisədə 1 faiz artıb.

Qiymət artımı ölkənin bütün regionlarında müşahidə olunub.
Xüsusilə şəhər ərazilərində fərdi evlər və mənzillər daha çox
bahalaşıb. Almaniyanın yeddi ən böyük şəhərində evlərin qiyməti 2,7
faiz, mənzillərin qiyməti isə 2,8 faiz yüksəlib. Mövcud
göstəricilər daşınmaz əmlak bazarında qiymət artımının davam
etdiyini göstərir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir