Suriya DİN Yeni il şənliklərində terrora hazırlaşan dəstə üzvlərini zərərsizləşdirib

Baş səhifə

Suriyanın Daxili İşlər Nazirliyi Milad və Yeni il şənlikləri zamanı terrorçuların planlaşdırdığı bir sıra silahlı hücumların qarşısını aldığını açıqlayıb.

APA xəbər verir ki, bu barərə nazirliyin “Telegram” kanalında dərc olunmuş açıqlamada məlumat verilib.

“Daxili Təhlükəsizlik Qüvvələrinin xüsusi təyinatlıları əməliyyat keçirərək Saraya əl-Cəvvad yeraltı terror şəbəkəsi ilə əlaqəli dəstələrdən birini zərərsizləşdirməyə müvəffəq oldular. Dəstənin üzvləri Latakiya əyalətində Milad və Yeni il şənlikləri zamanı hücumlar həyata keçirməyi planlaşdırırdılar”, – açıqlamada deyilir.

Məlumata görə, Suriya təhlükəsizlik qüvvələri axtarışda olan yaraqlıların gizləndiyi Duveyr Baabda rayonunu mühasirəyə alıb.

Hüquq mühafisə orqanlarının binaya basqını nəticəsində onlardan üçü öldürülüb, biri isə canlı ələ keçirilib. Atışma zamanı dörd xüsusi təyinatlı əsgərin yaralandığı bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir