Böyük Britaniyada mağazalardan oğurluq halları kəskin artıb

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyada mağazalardan oğurluq halları kəskin şəkildə
artaraq ciddi problemə çevrilib.

Trend “The
Telegraph”a istinadla xəbər verir ki, ötən il ölkə üzrə 20
milyondan çox mağaza oğurluğu hadisəsi qeydə alınıb. Polisin
açıqladığı rəqəmlər göstərir ki, İngiltərə və Uelsdə pərakəndə
oğurluq halları sürətlə artmaqda davam edir və hər gün 800-dən çox
mağaza oğurluğu işi şübhəli şəxs müəyyən edilmədən bağlanır.




Statistikaya əsasən, istintaq nəticəsi əldə olunmayan mağaza
oğurluqlarının sayı 2019-2020-ci illə müqayisədə 65 faiz artaraq,
cari ildə təxminən 295 min 600 hadisəyə çatıb. Qeydə alınan
hadisələrin beşdə birindən azı ittihamla nəticələnib. Mütəxəssislər
mağaza oğurluqlarının artmasını həm iqtisadi çətinliklər, həm də
hüquq-mühafizə orqanlarının resurs çatışmazlığı ilə
əlaqələndirirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir