Suriya təhlükəsizlik qüvvələri Dəməşqdə İŞİD liderini saxlayıb

Baş səhifə

Suriya Daxili Təhlükəsizlik Qüvvələri xüsusi əməliyyat keçirib və bu əməliyyat zamanı Dəməşqdə İŞİD lideri ələ keçirilib.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin əyalət idarəsinin rəisi general Əhməd əl-Dallati “X” hesabında məlumat verib.

“Xüsusi təyinatlı qüvvələrimiz hərbi kəşfiyyat və beynəlxalq koalisiya qüvvələri ilə əməkdaşlıq çərçivəsində paytaxtın ətrafındakı Muadamiyyədə İŞİD qalasını məhv etmək üçün əməliyyat keçiriblər. Nəticədə Dəməşqdəki terrorçu qruplaşmanın lideri Taha əl-Zuabi və onun bir neçə silahdaşı həbs edilib. Onlardan partlayıcı kəmərlər və silahlar müsadirə edilib”, – məlumatda deyilir.

Onun sözlərinə görə, basqın yerli sakinlərdən qruplaşmasının mövcudluğu barədə məlumat alındıqdan sonra həyata keçirilib və onlar təhlükəsizlik qüvvələrinə cinayətkarların tutulmasında kömək ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir