
Bakı. Trend:
Cari ilin aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən
vahid xəzinə hesabı qalığı kommersiya banklarında depozit şəklində
yerləşdirib ki, bu da bank sektorunda likvidliyin avtonom amillər
hesabına artımına səbəb olub.
Trend xəbər
verir ki, bu barədə “Azərbaycan” qəzetində dərc edilən “Azərbaycan
Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas
istiqamətləri barədə bəyanatı”nda bildirilib.
“Bu şəraitdə AZIR-ı uçot dərəcəsinə yaxın idarə etmək üçün 7
günlük depozit əməliyyatından başlıca açıq bazar əməliyyatı kimi
istifadə edilmişdir. 30 noyabr 2025-ci il tarixinə açıq bazar
əməliyyatları üzrə sterilizasiya portfelinin tərkibində 7 günlük
depozit portfelinin payı 87% olmuşdur”, – məlumatda vurğulanıb.

