Xarici mənşəli xərc amillərinin inflyasiyanın dinamikasına təsiri əhəmiyyətli olub – AMB

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə də sabit və aşağı inflyasiya pul siyasətinin əsas
məqsədi olub. Pul siyasəti monetar şərait vasitəsilə təsir
göstərməklə inflyasiyanın hədəf daxilində qalmasında mühüm rol
oynayıb.

Trend xəbər
verir ki, bu barədə “Azərbaycan” qəzetində dərc edilən “Azərbaycan
Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas
istiqamətləri barədə bəyanatı”nda bildirilib.




Qeyd edilib ki, 2025-ci ilin noyabrında 12 aylıq inflyasiya 5.5%
olub. O cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün
məmulatları üzrə illik 7.1%-lik inflyasiya qeydə alınmış,
qeyri-qida məhsulları 2.5% bahalaşmışdır. Ödənişli xidmətlər üzrə
illik qiymət artımı isə bu dövrdə 5.7% təşkil etmişdir. Tənzimlənən
qiymətlərin, həmçinin kənd təsərrüfatı məhsullarının mövsümi
xarakter daşıyan qiymət dəyişimi nəzərə alınmadan hesablanan illik
baza inflyasiya noyabrda 4.8% təşkil etmişdir.

“Cari ildə inflyasiyaya bir sıra təklif və tələb amilləri təsir
etmişdir. Xarici mənşəli xərc amillərinin inflyasiyanın
dinamikasına təsiri əhəmiyyətli olmuşdur. Qiymətləndirmələrə görə
2025-ci ilin noyabr ayında ölkədə illik inflyasiyaya ticarət
tərəfdaşlarındakı inflyasiya 2.87 faiz bəndi, nominal effektiv
məzənnə isə 0.38 faiz bəndi artırıcı təsir etmişdir. Dövr ərzində
daxili təklif (kənd təsərrüfatı istehsalçı qiymətləri və s.) və
tələb (ev təsərrüfatlarının istehlakı, dövlət istehlakı və s.)
amillərinin də inflyasiyaya təsiri ümumilikdə artırıcı olmuşdur”, –
məlumatda vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir