
Bakı. Trend:
Azərbaycan Respublikası Hesablama Palatasında media
nümayəndələri üçün “Dövlət auditi ilə bağlı məlumatların
ictimaiyyətə düzgün təqdim edilməsində medianın rolu” mövzusunda
təlimlər keçirilib.
Trend bu
barədə palataya istinadən xəbər verir.
Tədbirdə giriş sözü ilə çıxış edən Hesablama Palatasının Aparat
rəhbəri Tamerlan Yusif-zadə dövlət auditinə dair məlumatların
ictimaiyyətə düzgün çatdırılmasında medianın rolunu vurğulayıb.
O, təlimin əsas məqsədinin dövlət auditinin nəticələrinin
mediada düzgün və obyektiv şərhi ilə rəsmi məlumatların aydın və
dəqiq çatdırılması üçün media nümayəndələrinin bilik və
bacarıqlarını artırmaq olduğunu qeyd edib.
Daha sonra Hesablama Palatasının əməkdaşları təlim
iştirakçılarına rəsmi internet səhifəsində yer alan əsas bölmələr
üzrə ətraflı məlumatlar veriblər.
Təlim zamanı media nümayəndələrinin sualları cavablandırılıb,
praktiki nümunələr əsasında müzakirələr aparılıb və rəsmi
məlumatlarla işləyərkən diqqət edilməli məqamlar izah olunub.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

