
Bakı.Trend:
Son on ildə Cənubi Qafqaz ölkələrində Çinin yığılmış birbaşa
xarici investisiyalarının həcmi 2,5 dəfə artaraq 280 milyon ABŞ
dollarından 690 milyon ABŞ dollarına yüksəlib.
Trend bu barədə
Avrasiya İnkişaf Bankına (AAİB) istinadən xəbər verir.
Məlumata görə, investisiya portfeli Azərbaycan və Gürcüstan
arasında bölüşdürülüb: təxminən 60 faizi Azərbaycanın, 40 faizi isə
Gürcüstanın payına düşür. İnvestisiyalar üçün prioritet sahələr
emal sənayesi və energetikadır.
“Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində Çinin yığılmış
birbaşa investisiyalarının ümumi həcmi 160 layihə çərçivəsində 31,5
milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir. Son on ildə Aİİ
ölkələrində Çin investisiyaları 1,5 dəfə artıb. İnvestisiyaların
əsas hissəsi Rusiyanın və Qazaxıstanın payına düşür ki, bu iki ölkə
birlikdə ümumi yatırımların 91 faizi düşür”, – deyə məlumatda qeyd
olunur.
Bildirilir ki, investisiyalar əsasən hasilat sənayesinə
yatırılır. Bu sahəyə 14,7 milyard ABŞ dolları yönəldilib ki, bu da
investisiya portfelinin 47 faizinə bərabərdir. Eyni zamanda,
2025-ci ilin ortasına olan vəziyyətə görə, emal sənayesinə
yatırımların həcmi 9,8 milyard ABŞ dollarına, yəni portfelin 31
faizinə çatıb.
“Rusiya Çin birbaşa investisiyalarının ən böyük alıcısıdır.
2025-ci ilin birinci yarısına olan vəziyyətə görə, ölkədə Çinin
yığılmış investisiyalarının həcmi 17,5 milyard ABŞ dollarına çatıb
ki, bu da Aİİ ölkələrindəki ümumi Çin investisiyalarının 55 faizini
təşkil edir. Ən iri layihə “Sinopec” şirkətinin Amur qaz-kimya
kompleksində 40 faizlik payla iştirakı olub. 2025-ci ilin ortasına
qədər bu layihəyə yönəldilən ümumi investisiya həcmi 3,2 milyard
ABŞ dollarına çatıb”,- deyə məlumatda qeyd olunur.

