
Bakı. Trend:
Türkiyədə İstanbul şəhər polis idarəsinin əməliyyatçıları İŞİD
üzvü olmaqda şübhəli bilinən 115 nəfəri saxlayıb.
Trend xəbər verir
ki, bu barədə İstanbuş Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, həmin şəxslər Milad və Yeni illə bağlı
tədbirlərdə terror aktları törətməyi planlaşdırıblar.
“İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən
aparılan istintaq çərçivəsində, “İslam Dövləti” terror təşkilatının
ölkəmizdə, xüsusilə qeyri-müsəlmanlara qarşı, Milad və Yeni il
bayramları ərəfəsində hücumlar planlaşdırması barədə daxil olan
məlumatlar əsasında vilayət üzrə 124 ünvanda eyni vaxtda
saxlanılma, axtarış və müsadirə əməliyyatları həyata keçirilib.
Əməliyyatlar nəticəsində tapançalar, döyüş sursatı və təşkilata
aid çoxsaylı sənədlər müsadirə edilib. 115 şübhəli saxlanılıb, hələ
də ələ keçirilməyən şübhəlilərin tutulması istiqamətində
əməliyyatlar davam etdirilir”,-deyə məlumatda bildirilir.

