Tailand-Kamboca münaqişəsi – 630 mindən çox kambocalı məcburi köçkün düşüb

Baş səhifə

Bakı. Trend:

Tailandla sərhəddə yaşanan gərginlik fonunda Kambocada 630 minə
yaxın dinc sakin məcburi köçkün düşüb və onların əksəriyyətini
qadınlar və uşaqlar təşkil edir.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Kamboca krallığının Daxili
İşlər Nazirliyi bəyanat yayıb.

Qurumun bəyanatına görə, 636,6 mindən çox kambocalı sakin
yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalıb.




Son rəqəmlərə əsasən, Tailand hərbçilərinin açdığı atəşdən 31
dinc sakin həlak olub, azı 87 nəfər yaralanıb.

Kamboca və Tailand sərhədində atıcı silahların tətbiqi ilə
müşayiət olunan toqquşmalar dekabrın 7-də başlayıb. Tailandın quru
qoşunları dekabrın 8-də bildiriblər ki, Kamboca hərbçiləri
sərhədyanı zonada Tailand mövqelərini artilleriya atəşinə tutublar.
Buna cavab olaraq Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi
infrastrukturlarına zərbələr endirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir