
Bakı. Trend:
Bu ilin dekabrın 1-nə Azərbaycanda bankların kredit portfeli 1%
vә ya 281,7 milyon manat artaraq 29,685 milyard manat olub.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Kredit portfelinin strukturunda biznes kreditlәri – 53.2%
(15,805 milyard manat), istehlak kreditlәri – 31.4% (9,319 milyard
manat) vә ipoteka kreditlәri – 15.4% (4,562 milyard manat) təşkil
edib.
Bankların öhdәliklәrinin strukturunda depozit portfeli üstünlük
tәşkil edir (cәmi öhdәliklәrin 72.2%-i vә ya 37,202 milyon
manat).
Depozit portfelinin 57.4%-i (21,354 milyard manat) hüquqi
şәxslәrin, 42.6%-i (15,848 milyard manat) fiziki şәxslәrin
depozitlәrindәn (fәrdi sahibkarlıqla mәşğul olan fiziki şәxslәrin
depozitlәri istisna olmaqla) ibarәtdir.

