2025-ci il Çin–Azərbaycan münasibətləri tarixində ən məhsuldar dövrlərdən biri olub – Lu Mey

Baş səhifə

Bakı. Trend:

2025-ci il Çin–Azərbaycan münasibətləri tarixinin ən məhsuldar
dövrlərdən biri olub.

Trend xəbər verir
ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Lu Mey Çin və Azərbaycan arasında ikitərəfli
münasibətlərin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

Diplomat çıxışında qeyd edib ki, Çin–Azərbaycan münasibətləri
Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında
keyfiyyətcə əhəmiyyətli dərəcədə yüksəlib, inkişaf tempi
sürətlənib.

“İkitərəfli münasibətlərimiz bütün tarix boyu ən yüksək
səviyyəsinə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatıb”, –
deyə Lu Mey vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir