İstanbulda terror planlaşdıran 115 İŞİD üzvü SAXLANILDI 

Baş səhifə

İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 115 nəfər şübhəli şəxs qismində saxlanılıb. 

Modern.az xəbər verir ki, həmin şəxslər Türkiyənin ən böyük şəhərində terror aktı planlaşdırıb.
İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən aparılan araşdırmalar çərçivəsində İŞİD silahlı terror təşkilatının qarşıdan gələn Milad və Yeni il tədbirləri zamanı Türkiyəni, əsasən qeyri-müsəlmanları hədəf alan hücumlar planlaşdırdığına dair məlumatlar alınıb. Terror təşkilatı fəaliyyətləri çərçivəsində münaqişə zonaları ilə əlaqədə olduğu düşünülən 137 şübhəliyə qarşı eyni vaxtda əməliyyat keçirilib.

Terrorizm cinayətləri ilə bağlı Türkiyə və beynəlxalq səviyyədə həbs qərarı verilmiş şübhəliləri hədəf alan əməliyyatda tapançalar, sursat və bir çox təşkilati sənəd müsadirə edilib.

Əməliyyatda 115 şübhəli saxlanılıb, qalan şübhəlilərlə bağlı araşdırma davam edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir