Ermənistan kilsəsi torpaq sahələrinə təmənnasız sahib olma hüququndan məhrum edilib

Baş səhifə

Bakı. Trend:

Ermənistanın Nazirlər Kabineti bu gün keçirilən iclasda
Ermənistanın Torpaq Məcəlləsinə edilən düzəlişi təsdiqləyib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, həmin düzəlişdə Apostol kilsəsinin torpaq sahələrini
təmənnasız şəkildə öz mülkiyyətinə keçirmək hüququndan məhrum
edilməsi nəzərdə tutulub.




Ermənistanınə ərazi idarəetməsi və infrastruktur naziri David
Xudatyan iclasda dövlət və icmaların mülkiyyətində olan torpaq
sahələrinin kilsəyə (kilsələrin və digər tikililərin inşası,
həmçinin onların xidmət göstərilməsi məqsədilə) pulsuz verilməsini
nəzərdə tutan maddənin qüvvədən düşmüş hesab edilməsinin təklif
olunduğunu bildirib.

Torpaq Məcəlləsində dövlət və icmaların mülkiyyətində olan
torpaqların kilsənin pulsuz istifadəsinə verilməsini tənzimləyən
maddə saxlanılacaq.

Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan kilsənin
maliyyə şəffaflığının artırılmasının zəruriliyini bir neçə dəfə
vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir