Orta Dəhlizlə Çindən Azərbaycana tədarük 34 faiz artıb – Səfir

Baş səhifə

Bakı. Trend:

Cari ilin yavnar-noyabr aylarında Trans-Xəzər Beynəlxalq
Nəqliyyat Marşrutu ilə Çindən Azərbaycana 351 yük qatarı göndərilib
ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur.

Trend xəbər verir
ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Lu Mey Çin və Azərbaycan arasında ikitərəfli
münasibətlərin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

Diplomatın sözlərinə görə, 2025-ci ildə Tzinxua və İu əyalətinin
Çjetzyan şəhərlərindən, eləcə də Pekin və Şençjendən ilk yük
qatarları yola düşüb.




Səfir vurğulayıb ki, Çin məhsulları Orta Dəhlizin ən böyük yük
mənbəyinə çevrilib və bu, onun tranzit potensialını və gələcək
inkişaf perspektivlərini əhəmiyyətli dərəcədə artırıb.

“Çin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanla
əməkdaşlığı davam etdirəcək və Azərbaycanın regional
nəqliyyat-logistika mərkəzinin formalaşdırılması səylərinə dəstək
vermək üçün öz resursları, texnologiya və kapital sahəsində
üstünlüklərindən istifadə etməyə hazırdır”, – deyə Lu Mey qeyd
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir