Azərbaycanda manatla pul kütləsinin dekabrın 1-nə olan həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin
(M3 aqreqatı) həcmi 48,662 milyard manat təşkil edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə,
bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,970 milyard manat və ya
8,9% çoxdur.

Bundan başqa, 2025-ci ilin dekabrın 1-nə manatla pul kütləsinin
(M2 aqreqatı) həcmi 37,596 milyard manat təşkil edib ki, bu da
2024-cü ilin eyni dövrünə nisbətdə 2,957 milyard manat və ya 8,5%
çoxdur.




Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 29,483
milyard manata bərabər olub. Bu, 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 1,778 milyard manat və ya 6,4% çoxdur.

Eyni zamanda, bu ilin dekabrın 1-nə banklardan kənarda olan nağd
pul kütləsi (M0 aqreqatı) 17,234 milyard manat təşkil edib ki, bu
da ötən ilin eyni dövrünə nisbətdə 1,6 milyard manat və ya 10%
çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir