Çindən Azərbaycana turist axını təqribən 50 faiz artıb – Lu Mey

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana səfər etmiş
çinli turistlərin sayı 57 mindən çox olub ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə təxminən 50 faiz çoxdur.

Trend xəbər verir
ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Lu Mey Çin və Azərbaycan arasında ikitərəfli
münasibətlərin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

“Viza rejiminin ləğvi sayəsində ölkələrimiz arasında qarşılıqlı
turizm səfərlərinin sayı davamlı şəkildə artır”, – səfir qeyd
edib.




Onun sözlərinə görə, Azərbaycan əhalisi, xüsusilə gənclər
arasında Çin dili və mədəniyyətinə maraq da artır.

“Tədris proqramlarına Çin dili kurslarını daxil edən Azərbaycan
universitetlərinin sayı getdikcə artır”, – deyə Lu Mey əlavə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir