Ağdamda inşa olunacaq mebel zavodunda Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə ediləcək

Baş səhifə

Ağdam. Trend:

Ağdamda inşa olunacaq mebel zavodunda Türkiyə, Almaniya və Çin
texnologiyalarından istifadə ediləcək.

Trend-in
Qarabağ bürosunun məlumatına görə, bu barədə Prezidentin izi ilə
Ağdama təşkil olunmuş mediatur zamanı “Saloğlu Qarabağ” MMC-nin
kommersiya direktoru Elşən Bayramlı jurnalistlərə açıqlamasında
bildirib.

E.Bayramlının sözlərinə görə, müəssisə Ağdam Sənaye Parkının 1
hektar ərazisində yaradılacaq. Zavodda mebel istehsalı, o cümlədən
müxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq mebel, eləcə
də metal mebel aksesuarlarının istehsalı nəzərdə tutulur. İstehsal
prosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə
ediləcək.




Bildirilib ki, zavodun illik istehsal gücü 4 min dəst mebel və 6
min ədəd metal mebel aksesuarı təşkil edəcək. İstehsal olunan
məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac üçün də
yönəldiləcək.

İnvestisiya dəyəri 8 milyon manat olan layihənin
maliyyələşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində
Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kreditin
ayrılması nəzərdə tutulur. Müəssisə, həmçinin sənaye parkının
rezidentlərinə təqdim olunan bütün vergi və gömrük güzəştlərindən
yararlanacaq. Zavodun fəaliyyətə başlaması ilə 50 nəfər üçün daimi
iş yerinin yaradılması planlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir