Əli Əsədov AZAL təyyarəsinin qəzasında həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib

Baş səhifə

“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümündə hadisənin səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının sədri, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 25-də İkinci Fəxri Xiyabana gələrək həyatlarını itirən Milli Qəhrəmanlar Hökumə Əliyeva, İqor Kşnyakin və Aleksandr Kalyaninovun məzarlarını ziyarət edib.

Bu barədə APA-ya Nazirlər Kabinetindən xəbər verilib.

Ə.Əsədov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev qəzada həlak olan ekipaj üzvlərinin məzarlarına gül dəstələri qoyublar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir