Manatın nominal və real effektiv məzənnəsi aylıq ifadədə artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara
nisbətən ümumi nominal effektiv məzənnəsi 103,4 faiz bəndi təşkil
edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu, aylıq ifadədə 0,5 faiz bəndi çox, ötən ilin
eyni dövrü ilə müqayisədə isə 4,1 faiz bəndi azdır.




Eyni zamanda, cari ilin dekabrın 1-nə manatın qeyri-neft sektoru
üzrə nominal efektiv məzənnəsi isə 175,5 faiz bəndi təşkil edib ki,
bu da aylıq müqayisədə 0,2 faiz bəndi çox, ötən ilin eyni dövrü ilə
müqayisədə isə 4,9 faiz bəndi azdır.

Bundan başqa, 2025-ci ilin dekabrın 1-nə manatın ümumi real
effektiv məzənnəsi 116,3 faiz bəndi təşkil edib. Bu, aylıq
müqayisədə 0,9 faiz bəndi çox, illik müqayisədə isə 6,3 faiz bəndi
azdır.

Həmçinin hesabat dövründə manatın qeyri-neft sektoru üzrə real
effektiv məzənnəsi 112,6 faiz bəndinə bərabər olub ki, bu da aylıq
ifadədə 0,2 faiz bəndi çox, illik ifadədə isə 6,4 faiz bəndi
azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir