Türk İnvestisiya Fondu kapitalını artırmağı planlaşdırır (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Türk İnvestisiya Fondu qarşıdakı beş il ərzində kapitalını
artırmağı planlaşdırır.

Bunu Türk İnvestisiya Fondunun baş direktoru Ramil Babayev
Trend-ə verdiyi özəl
müsahibədə bildirib.

O qeyd edib ki, hazırda fondun nizamnamə kapitalı 600 milyon ABŞ
dolları təşkil edir.




“Qarşıdakı beş il ərzində dayanıqlı layihə portfeli
formalaşdırıldıqdan sonra kapitalımızı pay iştirakının artırılması
və beynəlxalq maliyyə bazarlarına çıxış hesabına genişləndirməyi
planlaşdırırıq. Resurslarımızın möhkəmlənməsi bizə daha iri
strateji layihələrin birgə maliyyələşdirilməsinə və investorların
cəlb edilməsi üçün yeni imkanların yaradılmasına şərait yaradacaq.
Kapitalımızın gözlənilən artımı ilə kreditləşmə və investisiya
imkanlarımız əhəmiyyətli dərəcədə genişlənəcək”, – deyə o
bildirib.

R. Babayev əlavə edib ki, qarşıdakı on il ərzində fond türkdilli
regionda transsərhəd ticarətin artacağını, investisiya həcmlərinin
genişlənəcəyini və əlaqəliliyin yaxşılaşacağını gözləyir. O,
həmçinin vurğulayıb ki, fond bu proseslərdə beynəlxalq tərəfdaşları
səfərbər etməklə, daha iri layihələri maliyyələşdirməklə və üzv
dövlətlərin qlobal rəqabət qabiliyyətinin gücləndirilməsinə dəstək
verməklə fəal iştirak edəcək.

Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması barədə
qərar 11 noyabr 2022-ci ildə Türk Dövlətləri Təşkilatının (TDT)
9-cu sammitində qəbul edilib. Fondun üzvləri Azərbaycan,
Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır.
Fondun məqsədi regional ticarətin genişləndirilməsi və iqtisadi
fəaliyyətin dəstəklənməsi yolu ilə TDT-yə üzv dövlətlərin iqtisadi
inkişafına töhfə verməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir