Hərbi ekspertlər ölkə ərazisinə düşmüş dronları araşdırır – Türkiyə MN

Baş səhifə

Bakı. Trend:

Türkiyəli hərbi mütəxəssislər ölkənin qərbində yerə düşmüş
pilotsuz uçuş aparatlarını (PUA) araşdırırlar.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi
məlumat yayıb.

Məlumata görə, PUA-lar 19 və 20 dekabr tarixlərində Türkiyənin
Kocaeli və Balıkəsir vilayətlərində aşkar edilib. Bundan əlavə, 15
dekabrda F-16 qırıcısı Qara dəniz üzərində Türkiyənin hava
məkanında bir pilotsuz uçuş aparatını vurub. Həmin PUA-nın
qalıqları hələlik tapılmayıb.




“Balıkəsir və Kocaelidə aşkar edilən PUA-ları mütəxəssislər
araşdırır”, – Müdafiə Nazirliyinin nümayəndəsi Zeki Aktürk
bildirib.

O qeyd edib ki, alçaq yüksəkliklərdə uçan kiçik pilotsuz uçuş
aparatları yeni nəsil təhlükə hesab olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir