Bu ayın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən dekabr ayının
müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Trend xəbər
verir ki, bu barədə nazirlik məlumat yayıb.




Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən,
ünvanlı sosial yardım alan ailələrin hər birinə Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə
birdəfəlik maddi yardım (200 manat) verilməsi nəzərdə tutulub ki,
bu maddi yardım da dekabrın 30-dək ödəniləcək.

Qeyd edək ki, bundan əvvəl, dekabrın 10-da Bakı, Sumqayıt
şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə dekabr
ayının pensiyaları, 19-da digər bölgələrdə yaşayan pensiyaçıların
və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin dekabr ayı
üzrə pensiyaları ödənilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir