
Bakı.Trend:
Bu gün Azad Azərbaycan (ATV) telekanalının yaranmasından 25 il
ötür.
Trend xəbər
verir ki, Azərbaycan teleməkanında yetərli qədər öz sözünü deyən
kanal ilk dəfə dekabrın 25-i 2000-ci ildə fəaliyyətə başlayıb.
“Azad Azərbaycan Teleradio Yayım Şirkəti” Ədliyyə Nazirliyi
tərəfindən 1998-ci in mayın 13-də dövlət qeydiyyatına alınıb.
Kanalın ilk efir vaxtlarında yayım saatını kliplər, bədii və
cizgi filmlər təşkil edib.
Lakin 2002-ci ildən “Son Xəbər” adlı xəbər verilişi ilə
informasiya proqramı yayımına başlayıb.
Trend İnformasiya Agentliyinin kollektivi ATV-də
çalışan həmkarlarını təbrik edir, və reytinqlərdəki zirvələri
qoruyub saxlamağı arzulayır.

