Türkiyədən Cənubi Kipr ilə bağlı VİZA QƏRARI

Baş səhifə

Türkiyə Cənubi Kipr vətəndaşları üçün viza rejimi tətbiq edəcək.

Yeni qərara əsasən, Cənubi Kiprdən Türkiyəyə səfər edəcək vətəndaşlar viza almalı olacaqlar. Bununla da uzun illər tətbiq edilən və yunan Kiprinin sakinlərinin Türkiyəyə girişini asanlaşdıran rejim ləğv edilib.

Qərar 2 yanvar tarixindən qüvvəyə minir. Cənubi Kipr vətəndaşlarının Türkiyəyə səfər etməsi üçün Türkiyə Respublikasının xaricdəki səfirlikləri və konsulluqlarından pasportlarına viza almaları məcburi olacaq.

Qeyd edək ki, Ankara ilə Nikosiya arasında münasibətlər uzun müddətdir diplomatik və siyasi ziddiyyətlər fonunda davam edir.

Serdar Şengül

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir