“Bavariya”nın futbolçusu Avstriyada ilin ən yaxşısı seçildi

Baş səhifə

Bakı. Trend:

“Bavariya”nın müdafiəçisi Konrad Laymer Avstriyada 2025-ci ilin
futbolçusu seçilib.

Trend xəbər
verir ki, bu barədə Avstriya Futbol Assosiasiyasının rəsmi saytında
məlumat dərc edilib.

Bildirilib ki, Laymerin mükafat uğrunda rəqibləri arasında
Kristof Baumqartner (“Leyptsiq”), Marko Arnautoviç (“Srvena
Zvezda”) və Otar Kiteişvili (“Şturm”) olub.




Konrad Laimer 2007-ci ildən 2017-ci ilə qədər “Zaltburq”da
oynayıb. “Leyptsiq”in də formasını geyinmiş avstriyalı 2023-cü
ildən “Bavariya”nın üzvüdür.

O, bu müddətdə Almaniya çempionluğunu və Almaniya Super Kubokunu
qazanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir