
Bakı. Trend:
2025-ci ilin dekabr ayının 25-ə qədər Azərbaycan ərazisində
5543, Azərbaycan və ona bitişik ərazilərdə 8993 yeraltı təkanlar
qeydə alınıb.
Trend xəbər
verir ki, bunu bu gün AMEA nəzdində RSXM-nin baş direktoru,
AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Azərbaycan Milli
Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində
AMEA-nın Yer Elmləri bölməsinin və RSXM -nin birgə iclacında
bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə rəqəmsal məlumatlar əsasında
seysmikliyin analizi aparılıb:
“Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub.
Maqnitudası 3-dən yuxarı olan 75 yeraltı təkan qeydə alınıb.
Seysmik stansiyalar tərəfindən il ərzində 2400 yeraltı partlayışlar
qeydə alınıb”, – o, əlavə edib.

