
Bakı. Trend:
İsrail qüvvələrini heç vaxt tam olaraq Qəzzadan
çıxarmayacaq.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, belə bir bəyanatı İsrail müdafiə naziri
İsrael Katz səsləndirib.
“İsrail qüvvələrini Qəzzadan heç vaxt tamamilə geri çəkməyəcək,
hətta HƏMAS tərksilah edilsə və biz sülh sazişinin ikinci
mərhələsinin icrasına keçsək belə, zolağın daxilində əhəmiyyətli
bir təhlükəsizlik zonası qalacaq. Bu zona İsrail icmalarını qorumaq
məqsədilə Qəzza daxilində təhlükəsizliyin təmin olunmasına xidmət
edəcək”,- Katz mətbuat konfransında deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın 20 bəndlik sülh
planına əsasən, İsrail Qəzza zolağını işğal və ya ilhaq
etməyəcəyinə dair öhdəlik götürüb.

