Bakıda dost dediyi adama kart məlumatlarını verən şəxs talanıb

Baş səhifə

Bakı. Trend:

Səbail rayonu ərazisində bir nəfərin bank kartından 440 manat
pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən xəbərə
görə, polisə müraciət edən zərərçəkən kartını məlumatları ilə birgə
dostuna etibar etdiyini, sonradan isə həmin şəxsin pulu öz hesabına
köçürdüyünü bildirib.




Səbail RPİ 8-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı O.Mustafayev
saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir