
Bakı.Trend:
Paytaxtın bir neçə ərazisində təbii qazın verilişində fasilə
yaranacaq.
Trend xəbər
verir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb.
Bildirilib ki, sabah saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə
Kürdəxanı kəndinin, T.Adıgözəlov, M.Sənani, G.Qurbanova və
Ə.Məlikov küçələrinin, Xətai rayonu üzrə isə M.Hadi, Şirvani, Qaçaq
Nəbi küçələrinin və kənd Əhmədlinin bir hissəsinin qaz təchizatında
müvəqqəti fasilə yaranacaq.

