Səfir Qismət Gözəlov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tərəfindən təltif edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət
Gözəlov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tərəfindən
təltif edilib.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi
məlumat yayıb.




Prezident Sərdar Berdiməhəmmədovun 2025-ci il 24 dekabr tarixli
613 nömrəli Sərəncamına əsasən, Qismət Gözəlov “Türkmənistanın
Tərəfsizliyinin 30 İllik” yubiley medalı və “Türkmənistanın Daimi
Tərəfsizliyinin 30 İllik” xatirə gümüş nişanı ilə təltif
olunub.

25 dekabr 2025-ci ildə Aşqabadda keçirilən “Beynəlxalq Sülh və
Etimad İli: Tərəfsiz Türkmənistanın qətiyyətli addımları” adlı
konfransda Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri
Rəşid Meredov medalları Qismət Gözəlova təqdim edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir