Türk İnvestisiya Fondu TRIPP-i maliyyələşdirmə üçün potensial layihələrdən biri kimi nəzərdən keçirir (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Türk İnvestisiya Fondu “Beynəlxalq Sülh və Rifah naminə Tramp
Marşrutu”nu (Trump Route – TRIPP) investisiya üçün potensial
layihələrdən biri kimi nəzərdən keçirir.

Bunu Trend
özəl müsahibəsində Türk İnvestisiya Fondunun baş direktoru Ramil
Babayev bildirib.

“Orta müddətli perspektivdə biz ölkələrimizi qlobal bazarlarla
birləşdirən nəqliyyat infrastrukturuna investisiya imkanlarının
axtarışına fokuslanacağıq. Fondun iştirak edə biləcəyi layihələr
sırasında Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu xəttini, Zəngəzur
dəhlizini (TRIPP), eləcə də Orta Dəhlizin imkanlarının
yaxşılaşdırılmasına yönəlmiş digər təşəbbüsləri görürük. Bu
layihələr multimodal nəqliyyata yatırımlar vasitəsilə regional
rifahın artmasına töhfə verir”, – deyə R. Babayev qeyd edib.




O vurğulayıb ki, fond ekoloji baxımdan daha dayanıqlı gələcəyin
dəstəklənməsinə sadiqdir və regionda bərpa olunan enerji
sahəsindəki layihələrə, eləcə də enerjinin saxlanması və nəqli üzrə
təşəbbüslərə investisiya imkanlarını nəzərdən keçirir.

Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması barədə
qərar 11 noyabr 2022-ci ildə Türk Dövlətləri Təşkilatının (TDT)
9-cu sammitində qəbul edilib. Fondun üzvləri Azərbaycan,
Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır.
Fondun məqsədi regional ticarətin genişləndirilməsi və iqtisadi
fəaliyyətin dəstəklənməsi yolu ilə TDT-yə üzv dövlətlərin iqtisadi
inkişafına töhfə verməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir