Ötən ayda Azərbaycanın milli ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatların həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin noyabrr ayında Ani Ödəniş Sistemi (AÖS) vasitəsilə
aparılan əməliyyatların həcmi 362,5 milyon manat, sayı isə 2,6
milyon ədəd təşkil edib.

Bu barədə Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2024-cü ilin eyni ayı ilə müqayisədə AÖS vasitəsilə aparılan
əməliyyatların həcmi 277,6 milyon manat və ya 4,3 dəfə artıb,
miqdarı isə 2,5 milyon ədəd və ya 35,8 dəfə artıb.




Qeyd edək ki, ötən ilin noyabr ayında ölkədə AÖS vasitəsilə
aparılan əməliyyatların həcmi 84,3 milyon manat, sayı isə 72 min
ədəd təşkil edib.

2025-ci ilin noyabr ayında Xırda Ödənişlər üzrə Hesablaşma
Klirinq Sistemi (XÖNKS) vasitəsilə aparılan əməliyyatların həcmi
3,9 milyard manatı, sayı isə 8 milyon ədədi keçib.

Ötən ilin eyni ayı ilə müqayisədə XÖNKS vasitəsilə
əməliyyatların həcmi 39 milyon manat və ya 1 faiz, sayı isə
təxminən 5,9 milyon ədəd və ya 42,4 faiz azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir