​Türkiyə çempionatında baş məşqçi krizi

Baş səhifə

Türkiyə dünyada baş məşqçilərin ən çox dəyişdiyi ölkələrin sırasında birinci yerdə dayanır. Avropanın əksər klublarında baş məşqçilər üç-dörd, bəzən isə beş-altı il eyni klubun sükanı arxasında olsa da, Türkiyədə onları üç-dörd həftə sonra yola salırlar.

Metbuat.az xəbər verir ki, hazırda Trendyol Liqasında 18 komanda yarışır. Arxada qalan 17 həftədə bu 18 komandanın 17-si baş məşqçi ilə vidalaşıb. Erkən ayrılıq “Qaziantepspor”da qeydə alınıb. İki həftə ardıcıl məğlub olan “Qaziantepspor” baş məşqçi İsmet Taşdemiri yola salıb. Avqustun 29-da isə “Fənərbaxça” dünya şöhrətli baş məşqçi Maurinyonu istefaya göndərib. “Fənərbaxça”nın ardınca “Beşiktaş” da baş məşqçi ilə müqaviləyə son verib. Klub əfsanəvi futbolçu Sərgən Yalçına tapşırılıb.

Çempionatın iki vacib komandasında – “Antalyaspor” və “Gənclərbirliyi”ndə 17 həftədə iki dəfə baş məşqçi dəyişib. Qeyri-müəyyənlik davam etdiyi üçün dünyanın təcrübəli futbol mütəxəssislərinin çoxu Türkiyədə işləməyə həvəs göstərmirlər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir