Çin kosmosa rabitə peykləri qrupunu buraxıb

Baş səhifə

Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası SatNet orbitli rabitə peyklərinin 17-ci qrupunu uğurla kosmosa buraxıb.

APA xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti WeChat sosial şəbəkəsində məlumat yayıb.

Buraxılış cümə günü yerli vaxtla saat 07:26-da Çinin cənubundakı Haynan əyalətində yerləşən Vencan kosmodromunun kommersiya meydançasından həyata keçirilib. Start zamanı CZ-8A (“Çançjen-8A”) daşıyıcı raketindən istifadə olunub.

Qeyd olunur ki, bu buraxılış “Çançjen” raketləri seriyası üçün 620-ci missiya olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir