
Bakı. Trend:
Yaponiya hökuməti 2026-cı maliyyə ili (2026-cı ilin aprel
ayından başlayaraq) üçün rekord səviyyədə 122,3 trilyon yen
(təxminən 783 milyard dollar) büdcə layihəsini təsdiqləyib.
Trend-in
məlumatına görə, layihədə ölkənin tarixində ən böyük müdafiə
xərclərinin 8,8 trilyon yen (56,3 milyard dollar) olması da təklif
olunub.
Hərbi büdcənin artırılması hökumətin müdafiə potensialını
artırmaq və zərbə silahlarını tətbiq etmək siyasətinin bir
hissəsidir. Bundan əvvəl Baş nazir Sanae Takaiçi 2027-ci il üçün
planlaşdırılan müdafiə xərclərinin ÜDM-in 2%-i hədəfinə vaxtından
əvvəl çatmağı hədəfləyib.
Bildirilib ki, sosial təminat xərcləri rekord həddə – 39 trilyon
yenə (249,5 milyard dollar) çatacaq ki, bu da tibbi xidmətinin
qiymətlərinin artması ilə bağlıdır.

