Xankəndi bayrama hazırdır (FOTO)

Baş səhifə

Xankəndi. Trend:

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı
münasibətilə dekabrın 27-də Xankəndi şəhərində iki yarmarka
fəaliyyətə başlayacaq.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və
İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-in Qarabağ bürosuna
verilən məlumata görə, yarmarkaların təşkili ilə bağlı bütün
hazırlıq işləri artıq başa çatdırılıb.




Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa,
Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə
keçiriləcək “Qış nağılı” adlı yarmarka, şəhərin Zəfər meydanında
təşkil edilib.

Bayram ovqatlı ” Qış nağılı ” yarmarkası yanvarın 5-dək davam
edəcək. Yarmarkanin keçiriləcəyi meydan Yeni İl münasibətilə xüsusi
işıqlandırmalarla bəzədilib, ərazi rəngarəng dekorasiyalarla bayram
ab-havasına bürünüb. Eyni zamanda, dekabrın 27-də Xankəndi
şəhərində Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeliyində
fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı
ilə “Kənddən şəhərə” Yeni İl yarmarkası da olacaq. Yarmarkada
iştirak edən fermerlər təsərrüfatlarının təbii və keyfiyyətli kənd
təsərrüfatı məhsullarını satışa çıxaracaqlar. Dekabrın 29-da isə
Xankəndidə şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və
Yeni İl münasibətilə geniş bayram proqramı, dekabrın 31-də
atəşfəşanlıq olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir