
Bakı. Trend:
Cari ilin noyabr ayının sonunadək Azərbaycanda rezident maliyyə
təşkilatları tərəfindən buraxılmış “American Express” kartları
(eləcə də statistik vahid üzrə ödəniş kartları) ilə aparılan
əməliyyatların sayı 5,4 min, əməliyyatların həcmi isə 700 min manat
təşkil edib.
Bu barədə Trend-ə
Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə “American
Express” kartları ilə aparılan əməliyyatların sayı 979,2 min və ya
99,5 faiz, əməliyyatların həcmi isə 25,4 milyon manat və ya 97,3
faiz azalıb.
Hesabat dövründə qeyri-rezident maliyyə təşkilatları tərəfindən
buraxılmış “American Express” kartları ilə aparılan əməliyyatların
sayı 1,5 milyon, əməliyyatların həcmi isə 800 min manat olub.
Qeyd etmək lazımdır ki, rezident maliyyə təşkilatları tərəfindən
buraxılmış ödəniş kartları üzrə əməliyyatların həcmi və sayı ölkə
ərazisində fəaliyyət göstərən yerli banklar və maliyyə təşkilatları
tərəfindən buraxılmış ödəniş kartlarından istifadə etməklə həyata
keçirilmiş ümumi əməliyyatların həcminə və sayına daxildir.

