Azərbaycanda “Visa” ödəniş kartları ilə həyata keçirilən əməliyyatların həcmi məlum oldu

Baş səhifə

Bakı. Trend:

Noyabr ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident
maliyyə qurumları tərəfindən buraxılmış “Visa” ödəniş kartları
(həmçinin statistik vahid üzrə ödəniş kartları) ilə həyata
keçirilən əməliyyatların sayı 130,7 milyon, həcmi isə 7,2 milyard
manat təşkil edib.

Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən ilin analoji dövrü ilə müqayisədə maliyyə əməliyyatlarının
sayı 36,4 milyon və ya 38,6 faiz, məbləği isə 1,4 milyard manat və
ya 24,1 faiz artıb.




Eyni zamanda, qeyri-rezident maliyyə təşkilatları tərəfindən
buraxılmış “Visa” kartları ilə aparılan əməliyyatların sayı 721,7
min, məbləği isə 64 milyon manat olub.

Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə,
Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları
tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilən
bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə
əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış
kartlardan istifadə olunmaqla ölkə ərazisində aparılan
tranzaksiyalardır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir