Türkiyədə 14 futbolçu həbs olundu

Baş səhifə

Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı araşdırmalar davam edir.

Metbuat.az xəbər verir ki, bu gün səhər saatlarında keçirilən əməliyyat nəticəsində daha 29 nəfər saxlanılıb. Onlardan 14-nün futbolçu olduğu açıqlanıb.

Saxlanılanlar arasında “Qalatasaray”ın İdarə Heyətinin sabiq üzvü Erden Timur da var. Onun bank hesabı incələnərkən şübhəli məqamlar ortaya çıxdığı üçün hüquqi prosedur başladılıb.

Prokurorluq 2024-cü ilin oktyabrında oynanılan “Kasımpaşaspor” – “Samsunspor” matçı ilə bağlı da araşdırmaya başlayıb. Bu qarşılaşmanın “danışılmış oyun” olduğuna dair ciddi şübhələr var.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir