BMTM ölkənin xarici siyasət gündəmini obyektiv təsvir edən 12 bülleten hazırlayıb – Fərid Şəfiyev

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən ölkənin
xarici siyasət gündəminin obyektiv və yığcam təsvirini əhatə edən
12 bülleten hazırlanıb.

Trend xəbər
verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi
İdarə Heyətinin sədri Fərid Şəfiyev bu gün keçirilən mətbuat
konfransında deyib.

O bildirib ki, 2025-ci ildə Azərbaycan dilində 1 kitab nəşr
edilib.

“Ərəb dünyası və Yaxın Şərq regionu üzrə ixtisaslaşan
əməkdaşımız Lalə Xəlilzadənin müəllifi olduğu “Yaxın Şərqdə erməni
diasporu” adlı kitabda sözügedən regionda erməni icmasının ən geniş
yayıldığı 5 ölkə üzrə erməni diasporunun tarixi konteksti, siyasi,
ictimai və mədəni fəaliyyət istiqamətləri, təsir dairələri,
potensial imkanları təhlil edilib. Qeyd etmək istərdim ki, başlıca
hədəfimiz xarici auditoriyanın obyektiv və düzgün
məlumatlandırılması olduğu üçün kitab və hesabat xarakterli
nəşrlərimiz əsasən ingilis dilində hazırlanıb. Ümumilikdə, ingilis
dilində 6 kitab hazırlanıb, “İlham Əliyev Xarici Siyasət Uğurları
2003-2023” broşürünü də ingilis dilinə tərcümə etmişik”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir