
Bakı. Trend:
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi müasir
texnologiyalar əsasında hazırlanmış yeni rəsmi veb-saytı
ictimaiyyətin istifadəsinə verib.
Bu barədə Trend-ə “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, həm funksionalığı, həm də dizayn baxımından
innovativ tələblərə uyğunlaşdırılaraq proqram təminatı və tərtib
olunan alqoritm əsasında yenilənən saytda müasir iş prinsipləri və
yeniliklər tətbiq olunub.
Belə ki, sözügedən internet səhifəsində abidələr və muzeylər
üzrə ətraflı və strukturlaşdırılmış məlumat bazası və həmçinin
İçərişəhər ərazisində baş tutacaq tədbirlər haqqında müasir təqvim
sisteminə əsaslanaraq tam və aktual məlumat bazası yerləşdirilib.
Hər bir istifadəçi təqvimə keçid edərək tədbirlərin formatından
asılı olaraq maraq doğuran proqramda iştirak edə, gələcək layihələr
haqqında məlumat əldə edə bilər. Yeni sayt sadə və müasir
interfeysi sayəsində istifadəçilərə məlumatlara asan və sürətli
çıxış imkanı yaratması ilə yanaşı çoxdilli dəstək funksiyası saytı
Azərbaycan və ingilis dillərində istifadə oluna bilən əlçatan
platformaya çevirir.
Hazırda Qoruq İdarəsinin saytına https://www.icherisheher.gov.az/ ünvanına keçid edərək
yaxından tanış olmaq mümkündür.

