Ödənişli parklanma yerlərində avtomobillərin sığortalanması təklif edilib

Baş səhifə

Bakı. Trend:

Son illərdə ölkəmizdə avtomobil sayının sürətlə artması şəhəriçi
nəqliyyatın idarə olunmasını, eləcə də küçə parklanmasının səmərəli
tənzimlənməsini zəruri edir. Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyinin nəzarətində olan ödənişli parklanma yerlərində
avtomobillərin fiziki təhlükəsizliyi və sığortalanması məsələsi isə
bu gün aktual hüquqi boşluqlardan biridir.

Trend xəbər
verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin
bugünkü plenar iclasında deyib.

Millət vəkili bildirib ki, ödənişli parklanma xidmətinin sığorta
mexanizmi ilə təmin edilməsi həm hüquqi, həm də sosial baxımdan
zəruridir:




“Ödənişli parklanma yerlərində sığorta mexanizminin tətbiq
edilməməsi bir sıra ciddi mənfi nəticələr doğurur. Ən əsas problem
ondan ibarətdir ki, vətəndaş parklanma üçün ödəniş etdiyi halda,
parklanma yerində avtomobilinə dəyən zərərə görə, o, heç bir
təminat almır. Ödənişli park yerinə qoyulan avtomobilə başqa bir
şəxs və ya nəqliyyat vasitəsi zərər vurduqda və ya təbiət
hadisələri nəticəsində, məsələn, güclü külək zamanı ağacın
avtomobilin üzərinə aşması kimi hallarda parklanma xidməti ödənişli
olmasına baxmayaraq, yenə də zərərin ödənilməsi avtomobil sahibinin
üzərinə düşür. Bu isə həm istehlakçı hüquqlarının pozulmasına, həm
də göstərilən xidmətin mahiyyətinin formaldan kənara çıxmasına
səbəb olur. Bu kimi situasiyalar vətəndaşın ödədiyi xidmət haqqının
mahiyyətinə uyğun təminat ala bilməməsi ilə nəticələnir və bu kimi
hallar sığorta mexanizminin tətbiqini daha da zəruri edir”.

Deputat vurğulayıb ki, mövcud vəziyyət həm sosial narazılıq
yaradır, həm də ödənişli parklanma sisteminə olan ictimai etimadı
zəiflədir:

“Buna görə də qanunvericilikdə müvafiq dəqiqləşmələr aparılmalı
və parklanma xidmətlərində sığorta məsuliyyəti aydın şəkildə
müəyyən olunmalıdır. Bu məqsədlə təklif edirəm ki, ödənişli
parklanma xidmətləri üzrə avtomobillərin təhlükəsizliyinə dair
məsuliyyət qanunvericilikdə aydın şəkildə təsbit edilsin, parklanma
haqqına minimal sığorta komponenti inteqrasiya edilsin və
sürücülərlə bağlanan parklanma müqavilələrinə sığorta şərtləri açıq
şəkildə daxil edilsin”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir