Xarici kvalifikasiyaların tanınması ilə bağlı 4333 müsbət rəy verilib – Tural Əhmədov

Baş səhifə

Bakı. Trend:

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici
kvalifikasiyaların tanınması ilə bağlı 6033 müraciət daxil
olub.
Trend xəbər verir ki, bunu Təhsildə Keyfiyyətin Təminatı
Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media üçün
brifinqdə bildirib.

Onun sözlərinə görə, 5167 müraciətin ekspertizası həyata
keçirilib:

“866 müraciətin ekspertizası isə davam edir. Ekspertiza
nəticəsində 4333 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə
xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında
şəhadətnamələr təqdim edilib. 834 xarici kvalifikasiyanın isə ölkə
ərazisində tanınması barədə mənfi rəy verilib”.




Agentlik sədri mənfi rəyin verilməsi səbəblərinə də aydınlıq
gətirib:

“Tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində
tələb olunan normativdən az olma səbəbilə 495 imtina, əhəmiyyətli
fərq (ixtisas və qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan
kredit sayı) səbəbilə 122 imtina, tədris yükünü mənimsəmək üçün
təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma
və əhəmiyyətli fərq (ixtisas ve qeyri-ixtisas fənlərinin nisbəti
üzrə əldə olunan kredit sayı) səbəbilə 42 imtina, autentik (həqiqi)
olmayan diplom səbəbilə 30 imtina, “Açıköğretim” təhsilalma forması
səbəbilə 29 imtina, Akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə
27 imtina, Ekvivalenti olmayan ixtisas səbəbilə 9 imtina, Bakalavr
diplomu üzrə kvalifikasiya tanınmadığı üçün magistr diplomuna
imtina verilməsi səbəbilə isə 8 imtina verilib”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir