Ağdam, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, qayıdış proqramına uyğun olaraq
Ağdam rayonunun Xıdırlı kəndinə, Xocavənd rayonunun Hadrut
qəsəbəsinə və Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç
karvanı yola salınıb.

Bu mərhələdə Ağdam rayonun Xıdırlı kəndinə 64 ailə – 278 nəfər,
Xocavənd rayonunun Hadrut qəsəbəsinə 13 ailə – 51 nəfər, Xocalı
rayonunun Seyidbəyli kəndinə isə 11 ailə – 48 nəfər köçürülüb. Köç
edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda,
sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdir.




Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə
əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən
rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan
rəhmət diləyiblər.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir