
Bakı. Trend:
Rusiya Silahlı Qüvvələrinin motoatıcı bölmələrinin hazırlıq
proqramına yerüstü robotlaşdırılmış platformaların idarə olunması
üzrə kurs daxil edilib.
Trend bu barədə
xarici KİV-ə istinadla xəbər verir.
Hərbi qulluqçular yerüstü dronlara quraşdırılmış atıcı
silahlardan və qumbaraatanlardan atəş açmağı məşq edəcəklər.
Bundan başqa, döyüşçülər robotların silahlarının dəyişdirilməsi,
nişangah kompleksləri ilə işləmə və texnikanın sahə şəraitində
təmiri üzrə bacarıqlara yiyələnəcəklər.
Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, robotexniki
komplekslərin tətbiqi hücum və müdafiə zamanı həmlə qruplarına və
ön cəbhə bölmələrinə atəşin intensivliyini artırmalarına imkan
verəcək.

